Bank Of Baku

Ötən il Səngəçal terminalından 327 mln. barel neft ixrac olunub

Ötən il Səngəçal terminalından 327 mln. barel neft ixrac olunub
# 25 fevral 2010 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın Səngəçal terminalından təxminən 326,8 mln. barel neft ixrac edilib. Bunun 285 mln. bareli Bakı-Tiflis-Ceyhan (BTC), 31,4 mln. bareli Bakı-Supsa boru kəməri, 10,4 mln. bareli isə dəmir yolu vasitəsilə nəql olunub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində həmçinin terminaldan gündəlik orta hesabla 16,91 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini «Azəriqaz»ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus qaz kəməri ilə ixrac olunub: «Terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi sentyabr ayının 23-də olub. Belə ki, həmin gün Səngəçal terminalı 1 112 470 barel nefti texniki emaldan keçirib və ixrac edib. Bunun 946 297 bareli BTC kəməri, 89 967 bareli Bakı-Supsa kəməri ilə ötürülüb, qalan 76 138 bareli isə dəmir yolu ilə ixrac edilib».

Qeyd edək ki, terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün 25,5 mln. kubmetr qaz (ümümi qaz emalı gücü 39,5 mln. kubmetr olmaqla) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR