Bank Of Baku

“ArmRosQazprom” Dağlıq Qarabağda yeni texnologiyalar tətbiq etməyi planlaşdırır

“ArmRosQazprom” Dağlıq Qarabağda yeni texnologiyalar tətbiq etməyi planlaşdırır
# 25 fevral 2010 10:34 (UTC +04:00)
Bakı – APA-Economics. “ArmRosQazprom” QSC-nin baş direktoru və İdarə Heyətinin sədri Karen Karapetyan Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib.

APA-Economics”in İnoSMİ.Ru-ya istinadən məlumatına görə, səfər zamanı o, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüşdə Dağlıq Qarabağda yeni texnologiyaların tətbiqi, energetika sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, “ArmRosQazprom” 1997-ci ildə Ermənistan hökuməti ilə Rusiyanın “Qazprom” şirkəti arasında imzalanmış razılaşma əsasında yaradılıb. Şirkətin təsisçiləri Ermənistanın Energetika Nazirliyi, “Qazprom” ASC və “ITERA International Energy, L.L.C.”-dir. “ArmRosQazprom”un nizamnamə kapitalında “Qazprom”un payı 80%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR