Bank Of Baku

«BP-Azerbaijan» bu il «Dərinsulu Günəşli» platformasında daha 3 quyu üçün suvurma sistemləri istismara verəcək

«BP-Azerbaijan» bu il «Dərinsulu Günəşli» platformasında daha 3 quyu üçün suvurma sistemləri istismara verəcək
# 25 fevral 2010 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunundakı «Dərinsulu Günəşli» (DərSG) platformasında daha 3 quyu üçün suvurma sistemlərini quraşdırıb istismara verəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə «BP-Azerbaijan» 10 quyu üçün suvurma sistemlərinin quraşdırılması və istismara verilməsi işlərini bitirib. Quyulardan 4-ü şimal, 3-ü cənub və 3-ü şərq manifoldunda yerləşir: «Qalan 3 quyu üçün – biri şərq, ikisi isə şimal manifoldunda olmaqla - belə sistemlərin quraşdırılması və istismara verilməsi 2010-cu ilin III rübünə planlaşdırılır». Ümumilikdə, bu sistemlər şirkətə «DərSG» platformasından 3,2 km və 5,2 km arasında bir məsafədə yerləşən 3 sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə «DərSG» kollektoruna gündə təqribən 400 min barel su vurmağa imkan verəcək.

Qeyd edək ki, ümumiyyətlə, AÇG tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 800-dən artıq işçi cəlb olunub, onların da 95%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR