Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti fevralda Novorossiysk limanından xam neft ixracını 30% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti fevralda Novorossiysk limanından xam neft ixracını 30% artırıb
# 03 mart 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Novorossiysk limanından 159 501 ton xam neft ixrac edib. Bu ilin yanvar ayı ilə müqayisədə ixracın həcmi 30% artıb, ötən ilin fevral ayı ilə müqayisədə isə 27% azalıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-fevral aylarında həmin istiqamətdə 289 267 ton neft ixrac edilib və ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 25% azalıb.

Qeyd edək ki, fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 73,64 ABŞ dollarına, Ural nefti – 72,84 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 74,58 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR