Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti fevralda neft məhsullarının ixracını 20% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti fevralda neft məhsullarının ixracını 20% azaldıb
# 03 mart 2010 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 136 199 ton neft məhsulları ixrac edib. Ötən ilin fevral ayı ilə müqayisədə ixrac olunan məhsulların həcmi 35% azalıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, fevral ayında 8 303 min ton avtomobil benzini, 121 130 ton dizel yanacağı, 6 766 ton təyyarə yanacağı ixrac olunub. Bu da cari ilin yanvar ayındakından 20,2% azdır.

Ümumilikdə, 2010-cu ilin yanvar-fevral ayları ərzində 18 847 ton avtomobil benzini, 273 109 ton dizel yanacağı, 14 985 ton təyyarə yanacağı ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft məhsullarının ixracı 23,5% azalıb.

Qeyd edək ki, 2010-cu ilin fevral ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 685 ABŞ dolları, təyyarə yanacağının – 640,85 dollar, dizel yanacağının – 598,48 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 445,33 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR