Bank Of Baku

Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri istefaya gedir

Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri istefaya gedir
# 03 mart 2010 11:04 (UTC +04:00)
Bakı – APA-Economics. Ukraynanın “Naftoqaz” şirkətinin İdarə Heyətinin sədri Oleq Dubina istefa ərizəsi yazıb.

APA-Economics”in Ukrayna mətbuatına istinadən məlumatına görə, istefanın Ukrayna hökuməti tərəfindən qəbul edilib-edilmədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin baş nazir vəzifəsinə əsas namizədi Nikolay Azarov Regionlar Partiyasının əsas məqsədinin “Naftoqaz”ın qeyri-effektiv rəhbərliyini dəyişdirmək olduğunu bəyan edib.

Oleq Dubina “Naftoqaz”a 2007-ci ilin dekabrından rəhbərlik edir. Bu vəzifəyə Dnepr Metallurgiya Kombinatının direktorluğundan gətirilən Dubinanın səhhətində də son vaxtlar problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR