Bank Of Baku

Avrozonada sənaye istehsalı proqnozdan çox artıb

Avrozonada sənaye istehsalı proqnozdan çox artıb
# 14 aprel 2010 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında avrozonada sənaye istehsalı yanvar ayı ilə müqayisədə 0,9% artıb.

«APA-Economics»in «Eurostat» statistik agentliyinə istinadən verdiyi məlumata görə, bu göstərici analitiklərin proqnozlaşdırdığı 0,1%-lik artımı üstələyib. Hesabat ayında qeydə alınan sənaye istehsalının həcmi ötən ilin fevral ayı ilə müqayisədə 4,1% artıb.

Avropa İttifaqının 27 üzv ölkəsində sənaye istehsalı yanvarla müqayisədə 0,7%, ötən ilin fevral ayı ilə müqayisədə isə 3,5% artıb.

Avrozonaya daxil 16 ölkədə son iki ay ərzində sənaye istehsalı artmaqda davam edir. Belə ki, yanvar ayında bu ölkələrdə sənaye istehsalı 2009-cu ilin dekabr ayı ilə müqayisədə 1,6% artıb, halbuki bu bazar üçün artım cəmi 0,7% səviyyəsində proqnozlaşdırılırdı.

Fevral ayında sənaye istehsalının artımı daha çox Sloveniya (+6,4%), Lyuksemburq (+3,6%) və Danimarkada (+1,8%) qeydə alınıb. Fransa və İtaliyada isə fevralda sənaye istehsalı yanvara nisbətən dəyişməz qalıb. Digər 13 ölkədə isə sənaye istehsalı azalıb. Daha çox bu sahədə geriləmə Bolqarıstan (-5,7%), Latviya (-3%) və Yunanıstanda (-2,9%) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR