Bank Of Baku

Sumqayıtda Avropa İttifaqının SEMISE layihəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Sumqayıtda Avropa İttifaqının SEMISE layihəsinin nümayəndə heyəti ilə görüş keçirilib
# 14 aprel 2010 14:18 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Avropa İttifaqının INOGATE Proqramının SEMISE (MDB ölkələrində enerji bazarlarının inteqrasiyası və davamlı energetika siyasətinə dəstək) layihəsi üzrə Sumqayıt şəhərinə səfər edən nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Sumqayıtın sənaye şəhəri olduğunu qeyd edən V.Əliyev son illər sənaye müəssisələrinin yenidən qurulması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, şəhər infrastrukturunun əsaslı təmiri və bərpası, genişmiqyaslı quruculuq işlərinin aparılması, eləcə də sosial sahələrin inkişafı sayəsində Sumqayıtın müasir şəhərə çevrildiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, davamlı energetika üzrə mütəxəssis Larri Qud Sumqayıt şəhərində istixana qazlarının miqdarının qiymətləndirilməsi və şəhərin energetika planının hazırlanması üzrə layihə həyata keçirildiyini, may ayında hər iki sənədin şəhər İcra Hakimiyyətinə təqdim olunacağını qeyd edib.

T.Vəliyev bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən INOGATE Proqramı çərçivəsində icra olunan SEMISE layihəsi kiçik texniki yardımlar üzrə proqramdır və əsasən avropalı mütəxəssislərin sifarişçi ölkəyə səfəri formasında icra olunur. «Sumqayıt şəhərinin Merlər Sazişinə qoşulmasına hazırlıq» layihəsi iki istiqamət - Sumqayıtda istixana effekti yaradan qazların reyestri üçün Texniki Tapşırığın hazırlanması və energetika inkişafının idarəetmə planının hazırlanması üzrə texniki dəstəyin göstərilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR