Bank Of Baku

Ötən ay Azərbaycanda elektrik enerjisi haqqının yığımı 86,1% təşkil edib

Ötən ay Azərbaycanda elektrik enerjisi haqqının yığımı 86,1% təşkil edib
# 15 aprel 2010 07:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin mart ayında Azərbaycanda elektrik enerjisi haqqının yığımı 86,1% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Yığım səviyyəsinin görə, ən yaxşı göstəricilər Sumqayıt şəhəri (197,5%), Şirvan şəhəri (101,6%) və Neftçala rayonunda (94%), ən aşağı göstəricilər isə Sabirabad (44,3%), Ağdam (45,1%) və Saatlı (45,7%) rayonlarında qeydə alınıb.

Mart ayında Bakı şəhəri üzrə yığım səviyyəsi 80,7% təşkil edib. Paytaxtın rayonları arasında yığıma görə ən yaxşı göstərici Nizami (91,5%), ən aşağı göstərici isə Sabunçu (64,8%) qeydə alınıb.

Cari ilin yanvar-mart aylarında isə enerji haqqının yığım səviyyəsi respublika üzrə 86,6% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR