Bank Of Baku

«Azəriqaz» İstehsalat Birliyini elektron sayğaclarla «Itron» şirkəti təmin edəcək

«Azəriqaz» İstehsalat Birliyini elektron sayğaclarla «Itron» şirkəti təmin edəcək
# 15 aprel 2010 10:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi təbii qazın Bakı şəhərində ötürülməsi, paylaşdırılması və satışında ABŞ-ın «Itron» şirkətinin smart ödəmə sistemindən istifadə edəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Itron» şirkəti məlumat yayıb.

«Itron» şirkətinin məlumatına görə, tərəflər arasında bununla bağlı razılaşma əldə olunub. Layihə «Azəriqaz»a faydalı xidmət ödənişini qurmağa imkan verəcək. Sayğaclar Azərbaycan tərəfinə mərhələlərlə çatdırılacaq.

«Itron Inc.» elektrik, qaz, su və istilik cihazları, komunikasiya sistemləri, qabaqcıl sayğac infrastrukturu və s. istehsalı üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR