Bank Of Baku

Nazir: Azərbaycanın hazırda 100 illik qaz ehtiyatı var

Nazir: Azərbaycanın hazırda 100 illik qaz ehtiyatı var
# 15 aprel 2010 16:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın “Nabucco” layihəsi çərçivəsində Avropaya ixrac etməyə kifayət qədər qaz ehtiyatı var.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda çıxarıla bilən ehtiyatlar 2,2 trln. kubmetr təşkil edir: “Yalnız 2009-cu ildə Azərbaycanda qaz hasilatı 23,5 mlrd. kubmetr təşkil edib. Elə bu səviyyədə qalsaq və yeni yataqlar kəşf olunmasa, Azərbaycan 100 il qaz hasil edə bilər”.

N.Əliyev qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları gələcəkdə qat-qat arta bilər: “Artıq “Abşeron”, “Naxçıvan”, “Alov” və “Şərq” strukturları mövcuddur. “Abşeron” yatağında bu il kəşfiyyat quyusu qazılacaq ola bilsin ki, burdakı ehtiyat “Şahdəniz” həcmində olsun. Bütün bunları nəzərə alaraq Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra, İrana qaz sata, Türkiyə və Gürcüstanla da bu sahədəki əlaqələri inkişaf etdirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR