Bank Of Baku

Avropa İttifaqının komissarı Azərbaycan Sənaye və Energetika Nazirliyində görüş keçirib

Avropa İttifaqının komissarı Azərbaycan Sənaye və Energetika Nazirliyində görüş keçirib
# 15 aprel 2010 16:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) energetika üzrə komissarı Günter Ottenberq bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində görüş keçirib.

APA-Economics”in məlumatına görə, görüşdə çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Xəzər regionu Avropa üçün əhəmiyyətli rol oynayır və bu, təkcə “Nabucco” layihəsi ilə bağlı deyil: “Azərbaycan regionda Rusiya ilə yanaşı, bütün enerji resursları ixrac edən yeganə ölkədir”.

Nazirin sözlərinə görə, Azərbaycan Aİ-nin bütün təkliflərini nəzərdən keçirməyə hazırdır: “Bu yaxınlarda Azərbaycan Rumıniyada sıxılmış qaz terminalının tikintisinə dair sənəd imzalayıb. Perspektivdə bu qaz Moldova və Ukraynaya da ixrac oluna bilər”.

Günter Ottenberq isə deyib ki, Azərbaycan Avropaya həm qonşu, həm də tərəfdaş ölkədir. Tərəflər qarşısında duran əsas məsələ enerji sahəsi olsa da, səfər çərçivəsində ticarət və iqtisadiyyat sahələrinə də dair müzakirələr aparılıb: “Əhalisi təxminən 500 milyon nəfər olan Avropanın Azərbaycan qazına ehtiyacı var. Biz isə müasir texnologiyalarla bir-birimizi tamamlaya bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR