Bank Of Baku

Gürcüstanda Azərbaycan qazının sıxılması üçün terminal tikiləcək

Gürcüstanda Azərbaycan qazının sıxılması üçün terminal tikiləcək
# 15 aprel 2010 21:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycan qazı Gürcüstanda sıxıldıqdan sonra Avropaya ötürüləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə aprelin 15-də Gürcüstanın energetika naziri Aleksandr Xetaquri jurnalistlərə bildirib.

“Gürcüstanda sıxılmış qaz bundan sonra tankerlərlə Rumıniyaya ötürüləcək. Həmin qazın bir hissəsi Rumıniyanın öz ehtiyacları üçün istifadə ediləcək, qalan hissəsi isə Avropaya veriləcək”, - deyə nazir bildirib.

A. Xetaqurinin sözlərinə görə, Gürcüstanda tikiləcək qaz terminalı Potidə və ya Kulevi Neft Terminalında tikilə bilər.

“Bu layihə çox gəlirli layihədir. Gürcüstan tranzitdən böyük gəlir əldə edəcək”-deyə Xetaquri bildirib.

Kulevi Neft Terminalının meneceri Cani Katamadze APA-ya açıqlamasında Kulevidə sıxılmış maye qazın saxlanılması üçün yeni terminal tikintisinə münasibət bildirib. Onun sözlərinə görə, layihə üzərində işlər gedir: “Təxminən iki aydan sonra layihəni kağız üzərində bizə təhvil verəcəklər. Bundan sonra biz tikintiyə başlayacağıq. Bizdə olan məlumata görə, rezervuar 2 min ton sıxılmış qaz üçün nəzərdə tutulub. Məlumata görə, belə rezervuardan 4-5 ədəd olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR