Bank Of Baku

Parisdə MDB ölkələrinin neft-qaz sammiti keçiriləcək

Parisdə MDB ölkələrinin neft-qaz sammiti keçiriləcək
# 16 aprel 2010 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mayın 19-21-də Parisdə (Fransa) «The Energy Exchange» beynəlxalq şirkətinin təşkilatçılığı ilə MDB ölkələrinin neft-qaz sammiti keçiriləcək.

«The Energy Exchange» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu il 10 illik yubileyini qeyd edən sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və digər ölkələrin nümayəndələri iştirak edəcək.

Tədbirdə “Total”, “Qazpromneft”, “Statoil”, “Kazmunayqaz” kimi iri şirkətlərin rəsmiləri, həmçinin Beynəlxalq Energetika Agentliyinin nümayəndələri çıxış edəcəklər. Azərbaycanı isə sözügedən tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təmsil edəcəyi gözlənilir.

Tədbirdə “Ştokman”, “Saxalin”, “Yamal”, “Kaşaqan”, “Şahdəniz” və “Yeloten-Osman” yataqları barədə ətraflı məlumat veriləcək, həmçinin regionda yeni strateji alyansların formalaşması, neft-qaz sahəsində gələcək perspektivlər, təbii qazın Avropaya uzunmüddətli ixracı, ixrac marşrutlarının gələcək diversifikasiyası, Xəzər regionu ölkələrinin neft-qaz siyasəti və digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR