Bank Of Baku

ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev: «Azərikimya» Dövlət Şirkətinin planlaşdırdığı layihələrin yalnız səmərəliləri saxlanılacaq»

ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev: «Azərikimya» Dövlət Şirkətinin planlaşdırdığı layihələrin yalnız səmərəliləri saxlanılacaq»
# 16 aprel 2010 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeçiliyinə verilmiş «Azərikimya» Dövlət Şirkətinin yeni struktru may ayının əvvəlinə hazır olacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, hazırda şirkətin struktur dəyişikliyi hazırlanır. May ayının əvvəlinə sənədlərin rəsmiləşdirilməsi işləri başa çatacaq.

«Azərikimya»nın böyük iqtisadi potensialı və təcrübəli mühəndisləri var. Burada tezliklə proqramlara başlayacağıq. Hazırda neft-kimya kompleksinin inkişafı ilə bağlı layihələr araşdırılır», - deyə M.Babayev əlavə edib.

ARDNŞ rəsmisi «Azərikimya»nın Sumqayıt şəhərindəki müəssisələrinin inkişafında həm yerli, həm də xarici şirkətlərin təcrübəsindən istifadə ediləcəyini, «Azərikimya» Dövlət Şirkətinin planlaşdırdığı layihələrdən səmərəlilərinin saxlanılacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin aprelin 2-də imzaladığı sərəncamla «Azərikimya» Dövlət Şirkəti ARDNŞ-in tərkibinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR