Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin tullantı mərkəzinin yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırması ilin sonunadək hazır olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin tullantı mərkəzinin yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırması ilin sonunadək hazır olacaq
# 16 aprel 2010 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tullantı mərkəzinin yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi bu ilin sonuna qədər hazır olacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi bu layihədə ARDNŞ-də əmələ gələn tullantıların idarə olunması və tullantı mərkəzinin yenidən qurulması nəzərdə tutulur. Artıq layihənin TİƏ sənədini hazırlayacaq şirkət seçilib və sənəd ilin sonuna qədər ARDNŞ-ə təqdim olunacaq.

M.Babayev ARDNŞ-in Xəzər dənizinin dibinin metal tullantılarından təmizlənməsi sahəsində tədbirlər həyata keçirdiyini və ötən dövr ərzində Bibiheybət yatağının həm quru, həm də dəniz sahəsinin, «Qum adası» yatağının ətrafı və Neft Daşlarında təmizləmə işlərinin aparıldığını bildirib. Şirkət rəsmisi onu da əlavə edib ki, Bakı buxtasının dibinin təmizlənməsini nəzərdə tutan layihə hazır olandan sonra ARDNŞ bu işlərdə fəal iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR