Bank Of Baku

Azərbaycanda I rübdə sənaye istehsalı 5,6% artıb

Azərbaycanda I rübdə sənaye istehsalı 5,6% artıb
# 16 aprel 2010 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanın sənaye kompleksində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 5,6% artaraq 7,1 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, neft və kimya sənayesi məhsullarının, geyim, kağız və karton, əczaçılıq, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunub.

Özəl bölmədə istehsalın həcmi 5,8% artıb və sənaye məhsulunun 81,7%-ni təşkil edib, ümumi istehsalın 93,5%-i sənaye mallarının (əmtəələrin), 6,5%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Hesabat dövründə sənaye məhsulunun 77,2%-i mədənçıxarma bölməsində, 16,7%-i emal bölməsində, 5,7%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,4%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Sənaye istehsalının quruluşu



B – Mədənçıxarma sənayesi;
C – Emal sənayesi;
D – Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat;
E – Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR