Bank Of Baku

ARDNŞ-da Avropa Birliyinin energetika komissarı ilə görüş keçirilib

ARDNŞ-da Avropa Birliyinin energetika komissarı ilə görüş keçirilib
# 16 aprel 2010 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanın neft-qaz sənayesinin inkişaf perspektivləri, Avropa Birliyinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində ölkəmizin rolu da daxil olmaqla geniş spektrli məsələlər müzakirə olunub.

ARDNŞ rəhbərliyinin təmsilçiləri tərəfindən «Şahdəniz» yatağının işlənilməsi üzrə görülən tədbirlər haqqında qonaqlara ətraflı məlumat verilib, şirkətin və xarici tərəfdaşların bu istiqamətdə mühüm səylər göstərdikləri onların nəzərinə çatdırılıb.

Danışıqlarda Azərbaycan qazının Avropaya nəqli məsələlərinə də xüsusi diqqət yetirilib. Bu baxımdan NABUCCO, İTGİ (İnterconnector Türkiyə-Yunanıstan-İtaliya) və TAP (TransAdriatik boru kəməri) layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan qazının Qara dəniz üzərindən Avropaya çıxarılması üzrə alternativ layihə variantlarını da nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR