Bank Of Baku

Yaxın 10 ildə Azərbaycan yeni neft, qaz və kimya emalı zavodları fəaliyyətə başlayacaq

Yaxın 10 ildə Azərbaycan yeni neft, qaz və kimya emalı zavodları fəaliyyətə başlayacaq
# 16 aprel 2010 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda neft, qaz və kimya emalı kompleksinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma 2010-cu ilin sentyabr ayının sonuna kimi hazırlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunda (CEIBC) keçirilən görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib.

Sözügedən kompleks Qaradağ rayonunda, Sənqaçalda yerləşəcəyi gözlənilir. Texniki-iqtisadi əsaslandırma sənədi hazır olunandan və razılaşdırılandan sonra kompleksin mərhələli şəkildə tikintisinə başlanacaq ki, ilk növbədə qaz və kimya emalı zavodları inşa olunacaq. Onların təxminən 2015-ci ildə fəaliyyətə başlayacağı gözlənilir. Sonrakı mərhələlərdə neft emalı zavodu və istilik enerji mərkəzinin tikintisi aparılacaq və bütün kompleksin yekun olaraq 2018-2019-cu illərdə istifadəyə verilməsi nəzərdə tutulub.

D.Məmmədov vurğulayıb ki, bu, dünyanın nəhəng emal kompleksləri ilə müqayisə olunan bu kompleksin tikintisinin əsas səbəbləri sırasında hazırda emal güclərinin inkişafı üçün imkanların olmaması, onların, demək olar ki, paytaxtın mərkəzində yerləşməsi və ekoloji problem yaratması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR