Bank Of Baku

BP şirkəti Bakıda dayaz suların işlənmə və mənimsənilməsi mövzusunda təqdimat keçirilib

BP şirkəti Bakıda dayaz suların işlənmə və mənimsənilməsi mövzusunda təqdimat keçirilib
# 16 aprel 2010 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) BP şirkəti tərəfindən «Dayaz suların işlənmə və mənimsənilməsi - BP şirkətinin dünya üzrə təcrübəsi» mövzusunda təqdimat keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tədbirin mahiyyəti və əhəmiyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Öz növbəsində «BP-Azərbaycan»ın vitse-prezidenti Paul Clyne bildirib ki, təqdimat 3 mərhələdə - ARDNŞ rəhbərliyi, şirkətin Geofizika və Geologiya İdarəsinin mütəxəssisləri və geniş texniki ictimaiyyət üçün keçiriləcək.

Daha sonra «BP-Misir» şirkətinin geofizika üzrə baş meneceri Brayn Barli «Dayaz sularda seysmik tədqiqatlar», «BP-Azərbaycan» şirkətinin Quyu mühəndisliyi qrupunun rəhbəri Pol Çarman «Dayaz sularda qazma əməliyyatları, sahilyanı ərazilərin ekologiyası», BP-nin Sakit Okeanın Asiya hissəsində tədqiqat işləri üzrə vitse-prezidenti Daq Hill «Tanguh, İndoneziya sahəsinə ümumi baxış», BP şirkətinin Şimal dənizi üzrə SƏTTƏM qrupunun rəhbəri Syuzi Beyvestok «Viç Farm, BK sahəsinə ümumi baxış», BP-nin Alyaskadakı Liberti sahəsinin ehtiyatlar üzrə meneceri Karl Lanqren «Liberti, Alyaska sahəsinə ümumi baxış» mövzularında keçirdikləri təqdimatlarla təmsil etdikləri şirkətin mənimsəmə sahələrində əldə etdikləri nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR