Bank Of Baku

Türkiyə hökuməti «Petkim» neftkimya kompleksinin ərazisində inşa olunacaq neft emalı zavodunun lisenziylanlışdırılması məsələsinə baxır

Türkiyə hökuməti «Petkim» neftkimya kompleksinin ərazisində inşa olunacaq neft emalı zavodunun lisenziylanlışdırılması məsələsinə baxır
# 16 aprel 2010 14:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Türkiyənin İzmir vilayətində, «Petkim» neftkimya kompleksi ərazisində neft emalı zavodunun tikintisi üzrə texniki-iqtisadi əsaslandırma sənədi artıq Türkiyə hökuməti tərəfindən rəsmən təsdiqlənib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib.

Hazırda zavod inşası ilə bağlı sənədlər toplusu Türkiyənin müvafiq dövlət qurumlarında lisenziyalaşdırma predmeti üzrə baxılır. D.Məmmədovun sözlərinə görə, neft emalı zavodunun layihə gücü 10 mln. tona bərabərdir. Zavodda emal olunan neft ilk növbədə ARDNŞ tərəfindən Türkiyədə əldə edilmiş «Petkim» şirkətinin neft-kimya kompleksin tələbatının təmin olunmasına yönəldiləcək.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas» (Azərbaycan-Türkiyə) alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR