Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-mart aylarında azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-mart aylarında azalıb
# 16 aprel 2010 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 11,6 mln. ton və ya ötən ilin analoji dövründəkindən 0,8% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 8,8 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-mart ayları ilə müqayisədə bu göstərici 1,5% çoxalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 4,9 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın 27,1%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 1,3 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR