Bank Of Baku

Rusiya Ukraynaya satdığı qazın qiymətini aşağı salır

Rusiya Ukraynaya satdığı qazın qiymətini aşağı salır
# 16 aprel 2010 15:53 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya cari ildə Ukraynaya satdığı qazın qiymətini aşağı salmağa razılaşıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, iki ölkə hökumətləri arasında aparılan danışıqlardan sonra Ukrayna prezidenti Viktor Yanukoviçin təklifləri əsasında razılıq əldə olunub. Artıq Rusiya baş naziri Vladimir Putin qazın qiyməti ilə bağlı yeni qərar layihəsi hazırlamaq barədə göstəriş verib.

Qeyd edək ki, hazırda Ukrayna Rusiya qazının 1000 kubmetrini 330 dollara alır. Rəsmi Kiyev Kremldən qaz razılaşmasında 4 mlrd. dollarlıq güzəşt istəyir. Bu isə o deməkdir ki, qazın qiyməti 200-245 dollar arasında dəyişə bilər.

Qazın qiyməti ilə bağlı yekun qərar Rusiya prezidenti Dmitri Medvedevin aprelin 21-də Kiyevə səfəri zamanı veriləcək. Bu səfər əvvəlcədən mayın 17-18-nə planlaşdırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR