Bank Of Baku

ARDNŞ-nin həmtəsisçisi olduğu şirkət Özbəkistanda birgə müəssisə yaradır

ARDNŞ-nin həmtəsisçisi olduğu şirkət Özbəkistanda birgə müəssisə yaradır
# 17 aprel 2010 10:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) həmtəsisçisi olduğu “Ekol Mühəndislik Xidmətləri” QSC iştirakı ilə Özbəkistanda «UzEkol» adlı birgə müəssisə yaradılır. Bu barədə «APA-Economics»ə «Ekol» şirkətinin direktoru Soltan Əliyev məlumat verib.

Hazırda şirkətin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edən S.Əliyev yaxın iki ay ərzində hazırlıq işlərinin başa çatacağını vurğulayıb. Şirkət Özbəkistanın «Mubarək» neft .şirkətinin işlədiyi yataqlarda neft şlamının emalı ilə məşğul olacaq.

S.Əliyev “Ekol” və Hollandiyanın “AA Servicess” şirkətinin yaratdığı “AAS - EKOL” MMC birgə müəssisəsinin Azərbaycandakı xarici şirkətlərlə bir neçə layihə üzərində işlədiyini qeyd edib. Hazırda “AAS - EKOL” MMC-nin BP şirkətinin ekoloji layihələr üzrə baş podratçısı olduğunu deyən S.Əliyev müəssisənin eyni zamanda «Total» şirkətinin qazma işləri ilə bağlı keçirdiyi tenderə qatıldığını, həmçinin «Qaradağ Sement»də şlamın alternativ enerji ilə yandırılması layihəsi həyata keçirəcəyini vurğulayıb.

Qeyd edək ki, “Ekol” və Hollandiyanın “AA Servicess” şirkəti ötən il «BP Exploreyşn (Kaspian Si)» şirkətinin “Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi” layihəsi üzrə keçirdiyi tenderə birgə qatılaraq qalib olub. Müəssisənin yaradılmasında məqsəd şirkətlərin maddi-texniki imkanlarından istifadə etməklə həm “BP Exploreyşn (Kaspian Si)” şirkətinə, həm də digər xarici firmalara tullantıların (ərsin parafini, neft şlamı, qazma şlamı, lay suları, neftli-çirkli sular, çirklənmiş torpaqlar, bərk tullantılar və s.) idarə olunması sahəsində mühəndislik xidmətlərinin göstərilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR