Bank Of Baku

«Azərikimya» Dövlət Şirkətinin işçilərinin maaşları artırılacaq

«Azərikimya» Dövlət Şirkətinin işçilərinin maaşları artırılacaq
# 17 aprel 2010 11:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tabeçiliyinə verilmiş «Azərikimya» Dövlət Şirkətinin müəssisələri yenidən qurulacaq, həmçinin Sumqayıtda yeni kimya müəssisələri yaradılacaq.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev məlumat verib.

M.Babayevin sözlərinə görə, hazırda «Azərikimya»nın müəssisələrində avadanlıqların inventarlaşması aparılır: «Buradakı qurğuların çoxu çalışmır və onlar ləğv olunmalıdır. Amma lazımi qurğular saxlanılaraq onlardan istifadə olunacaq. Dövlət başçısının tapşırığı ilə burada müasir komplekslərin tikintisi, kiçik istehsalatların yerləşəcəyi kimya texnoparkının yaradılması nəzərdə tutulur».

M.Babayev qeyd edib ki, Qaradağ rayonu ərazisində yaradılacaq yeni neft-kimya kompleksi «Azərikimya» ilə əlaqələndiriləcək. Hazırda «Azərikimya»nın istehsal etdiyi məhsulun xammal şəklində xaricə ixrac olunduğunu qeyd edən ARDNŞ rəsmisi bildirib ki, həmin xammal emal olunaraq, müxtəlif məhsullar şəklində yenidən ölkəyə gəlir: «Biz istəyirik ki, bəzi məhsulların istehsalını da elə ölkədə quraq. Bunun üçün xırda istehsalatlar yaratmalıyıq. Hesab edirəm ki bir neçə il ərzində işlər həyata keçirilməlidir».

M.Babayev bildirib ki, köhnə müəssisələrin ekoloji vəziyyəti də yaxşı olmadığından burada ARDNŞ-in ekoloji standartları və siyasəti tətbiq olunacaq: «Hesab edirəm ki, zərərli istehsalatların ləğv edilməsi, onların yerində yeni, təbiətə zərər vurmayan müəssisələr yaradılmalı, təhlükəsiz istehsalat qurulmalıdır».

ARDNŞ rəsmisi «Azərikimya»nın işçilərinin maaşlarının artırılacağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR