Bank Of Baku

Azərbaycan şirkəti Suriyadakı yatağın neft şlamlarından təmizlənməsi layihəsində iştirak edəcək

Azərbaycan şirkəti Suriyadakı yatağın neft şlamlarından təmizlənməsi layihəsində iştirak edəcək
# 17 aprel 2010 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın “Ekol Mühəndislik Xidmətləri” QSC Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığındakı yataqdan neft şlamlarının təmizlənməsi layihəsində iştirak edəcək.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə «Ekol» şirkətinin direktoru Soltan Əliyev məlumat verib.

S.Əliyevin sözlərinə görə, bu layihədə «Ekol» «Türkiyənin “Sanmar” şirkəti ilə birgə işləyəcək. Aparılan qiymətləndirmələrə görə, bu yataqda iş həcmi 3-4 ili əhatə edəcək.

S.Əliyev onu da əlavə edib ki, «Ekol» QSC qarşısına neft qaz sənayesi sahəsində ekoloji xidmətlərin göstərilməsi üzrə transmilli şirkətə çevrilmək məqsədini qoyub. Artıq şirkət ölkə xaricində də bir sıra əhəmiyyətli layihələrə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR