Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi yanvar-mart aylarında 6% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi yanvar-mart aylarında 6% artıb
# 19 aprel 2010 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan sənayesinin mədənçıxarma bölməsində istehsalın həcmi 5,5 mlrd. manat və ya ötən ilin müvafiq dövründəkindən 6,2% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mart aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan müəssisələr tərəfindən 10,2 mln. ton neft və ya 7,8% çox, 2,8 mlrd. kubmetr və ya 8,2% az əmtəəlik təbii qaz hasil edilib.

Bunula yanaşı, hesabat dövründə qızılın hasilatı da davam etdirilib və mədənlərdən 320 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib.

Bununla yanaşı, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-mart aylarında 229,3 min ton çınqıl, qırma daş, xırda çay daşı, 228,1 min ton tikinti qumu, 6,8 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.

Eyni zamanda, duzun hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4% çoxalaraq 875,9 ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR