Bank Of Baku

«Şahdəniz-II» layihəsi üzrə qərar 2017-ci ilədək ləngiyə bilər

«Şahdəniz-II» layihəsi üzrə qərar 2017-ci ilədək ləngiyə bilər
# 19 aprel 2010 14:31 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

ARDNŞ-dan bildirilib ki, müşahidə olunan bu ləngimə Azərbaycan tərəfinin gözlədiyi marşrutlar üzrə yekun nəqletmə qərarının olmaması ilə əlaqədardır.

Qeyd edək ki, xarici ekspertlərin fikrincə, «Şahdəniz-II» üzrə sanksiyanın gecikməsi «Nabucco» qaz kəmərinin tikintisini şübhə altında qoyur. Hazırda Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı ilə bağlı danışıqlar gedir. Danışıqlarda qazın qiyməti, həcmi və nəqletmə tarifləri müzakirə olunur. Azərbaycanla Türkiyə arasında razılaşmanın olmaması «Nabucco» kəmərinin tikintisi layihəsinə başlamağa, bununla da Avropanın Rusiyadan qaz asılılığını azaltmağa mane olur.

Avropa İttifaqı 8 mlrd. avro həcmində qiymətləndirilən «Nabucco»nun tikintisi ilə bağlı yekun investisiya qərarını qəbul etməyib. «Nabucco» kəmərinin tikintisinə 2011-ci ilin sonunda başlanması nəzərdə tutulsa da, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger kəmərin ən yaxşı halda 2018-ci ildə istifadəyə veriləcəyini bəyan edib.

Bununla yanaşı nəzərə alınmalıdır ki, hələ bir neçə ay öncə Rusiya və İran tərəfi Azərbaycanın ixrac dəcəyi biləcəyi maksimal qaz həcmini almağa hazır olduqlarını açıqlayıb.

Xatırladaq ki, «Şahdəniz» yatağının ümumi ehtiyatı 1,2 trln. kubmetr, yatağın işlənməsi layihəsi isə 20 mlrd. dollar həcmində qiymətləndirilir. Layihənin birinci mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyə arasında bölüşdürülür. Bu il «Şahdəniz-I» layihəsi çərçivəsində 7,6 mlrd. kubmetr qazın hasil olunması gözlənilir. Ötən il bu göstərici 6,2 mlrd. kubmetr olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR