Bank Of Baku

Sabah Azərbaycanın bəzi bölgələrinə qaz verilişi dayandırılacaq

Sabah Azərbaycanın bəzi bölgələrinə qaz verilişi dayandırılacaq
# 19 aprel 2010 15:11 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar aprelin 20-si saat 10:00-dan 15:00-dək «Göyçay-1» və «Göyçay-2» Qazpaylayıcı Stansiyalarında, saat 10:00-dan 13:00-dək Cənub magistral qaz kəmərindən qidalanan «Bolqarıstan sovxozu» ölçü qovşağında qaz təchizatı dayandırılacaq. Bundan başqa, baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar həmin gün saat 09:00-dan 18:00-dək «Ucar» qazpaylayıcı stansiyasından təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Göyçay və Ucar rayonlarına, Bakının Sabunçu rayonunun «Subtropik sovxoz» deyilən ərazisinə, eləcə də Maştağa qəsəbəsinin M.Hüseyn küçəsinə təbii qazın verilişində fasilə yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR