Bank Of Baku

Azərbaycan I rübdə xam neft ixracını 2% azaldıb

Azərbaycan I rübdə xam neft ixracını 2% azaldıb
# 20 aprel 2010 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economicə. Cari ilin yanvar-mart aylarında Azərbaycan xaricə 3 815 118,9 min ABŞ dolları dəyərində 6 850 072,8 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə ixrac olunmuş xam neftin həcmi 2009-cu ilin müavfiq dövrünə nisbətən 2,3%, dəyəri isə 85,8% azalıb.

Sayğac göstəricilərinə əsasən, Bakı-Novorossiysk kəməri ilə 449 589 ton, Bakı-Supsa kəməri ilə 1 052 853,7 ton, Bakı-Tiflis-Ceyhan kəməri ilə 8 266 683,5 ton, dəmir yolu vasitəsi ilə 278 184,2 ton xam neft yola salınıb.

Yanvar-mart aylarında həmçinin ümumi dəyəri 302 893,5 min dollar təşkil edən 551 931,7 ton neft məhsulları ixrac edilib. Neft məhsullarının ixracı 23,9% azalıb, dəyəri isə 36,5% artıb.

Xam neft tam olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilib. Neft məhsullarının ixracında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (85,89%), «İlqar Ltd.» şirkəti (6,21%), «Azneftyağ» İstehsalat Birliyi (3,66%) və «Azərbaysan Hava Yolları» QSC-nin «Azal Oil» YSM idarəsi (3,18%) üstünlük təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR