Bank Of Baku

Azərbaycan I rübdə elektrik enerjisi ixracını kəskin azaldıb

Azərbaycan I rübdə elektrik enerjisi ixracını kəskin azaldıb
# 20 aprel 2010 08:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycan elektrik enerjisi ixracını 3,7 dəfə azaldıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 31,7 mln. kVt/saat elektrik enerjisi ixrac edib. İxrac edilmiş elektrik enerjisinin dəyəri 2009-cu ilin I rübünə nisbətən 3,7 dəfə azalaraq 1 112,7 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycan pik saatlarında Rusiya və İrana elektrik enerjisi satır. Naxçıvan Muxtar Respublikasından isə vaxtı ilə Türkiyədən alınmış elektrik enerjisini natural şəkildə qaytarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR