Bank Of Baku

Azərbaycanın emal sənayesində istehsalın həcmi I rübdə 8% artıb

Azərbaycanın emal sənayesində istehsalın həcmi I rübdə 8% artıb
# 20 aprel 2010 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycan sənayesində ikinci böyük xüsusi çəkiyə malik emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1 191,4 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə veri lən məlumata görə, bu sahədə istehsalın həcmi 7,7% artmaqla, daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb. Qida məhsullarından makaron məmulatları istehsalı 4,3% artaraq 1 260,9 ton, ət 3,9% artaraq 41,4 min ton, süd 3% artaraq 158,9 min ton, kərə yağı 0,9% artaraq 3,6 min ton, cem və marmeladlar isə 14,8% artaraq 1,7 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR