Bank Of Baku

Azərbaycanda IPI indeksi martda artıb

Azərbaycanda IPI indeksi martda artıb
# 20 aprel 2010 11:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin mart ayında 113% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks fevralda 85%, yanvarda isə 106%-ə bərabər olub. Beləliklə, fevralda baş vermiş kəskin azalmadan sonra mart ayında sənaye istehsalında yenidən canlanma müşahidə olunub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi ölçülür. Belə ki, indeks mart ayında istehsal edilmiş məhsulun dəyərinin (2,44 mlrd. manat) fevralda istehsal edilmiş məhsulun dəyərinə (2,16 mlrd. manat) bölünməsi yolu ilə hesablanıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanın sənaye kompleksində istehsal əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,6% artaraq 7,141 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR