Bank Of Baku

Azərbaycan I rübdə neft məhsullarının istehsalını 17% artırıb

Azərbaycan I rübdə neft məhsullarının istehsalını 17% artırıb
# 20 aprel 2010 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 17% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dizel yanacağının istehsalı 19,5% artaraq 640,1 min ton, avtomobil benzinin istehsalı 3,8% artaraq 296,4 min ton, sürtgü yağlarının istehsalı 25,8% artaraq 8,3 min ton, neft-kimya sənayesi üçün benzin istehsalı 5,2% artaraq 70,6 min ton olub.

Üç ay ərzində həmçinin 149,1 min ton ağ neft, 29,4 min ton neft bitumu istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 57,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 24,2%-i qədər hazır məhsul olub.

Cari ilin aprelin 1-i vəziyyətinə əsas istehlakçılarda 338,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% az mazut yanacağı, 15,1 min ton və ya 4,4% az dizel yanacağı, 17,7 min ton və ya 4,7% çox avtomobil benzini, 19,7 min ton və ya 29,6% çox aviasiya üçün və sair ağ neft, 1,6 min ton və ya 6,7% çox sürtgü yağları, 5,8 min ton və ya 11,5% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR