Bank Of Baku

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvar-mart aylarında 3 dəfə artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvar-mart aylarında 3 dəfə artıb
# 20 aprel 2010 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 49,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin I rübü ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 2,8 dəfə, əczaçılıq məhsullarının istehsalında 8,6% artıb, rezin və plastmas məmulatları istehsalında isə 9,9% azalıb.

Əsas kimya məhsullarından propilenin istehsalında 4,9 dəfə, polietilenin istehsalında 4,8 dəfə, izopropil spirtinin istehsalında 2,8 dəfə, sulfat turşusunun istehsalında 4,5 dəfə, lak-boya məmulatlarının istehsalında 36,6% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı isə 3,1 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR