Bank Of Baku

“Neft Daşları” yatağında iki yeni quyunun qazılmasına başlanılıb

“Neft Daşları” yatağında iki yeni quyunun qazılmasına başlanılıb
# 20 aprel 2010 14:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında iki yeni quyunun qazmasına başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Trestin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən yataqdakı 1887 nömrəli platformadan Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 2271 nömrəli quyunun layihə dərinliyi 2560 metrdir. Quyudan sutkada 30 ton neft hasil ediləcəyi gözlənilir. Bundan başqa, “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi həmin yataqdakı 2415 nömrəli platformadan 2426 nömrəli quyuda qazma işlərinə başlayıb. Layihə dərinliyi 1980 metr olan bu quyu X Horizonta qazılır. Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra bu quyunun gündəlik hasilatı 12 ton neft təşkil edəcək.

Qeyd edək ki, quyular “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR