Bank Of Baku

“Azəriqaz” İstehsalat Birliyində seminar-müşavirə keçirilib

“Azəriqaz” İstehsalat Birliyində seminar-müşavirə keçirilib
# 21 aprel 2010 06:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dünən ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində Bakı şəhəri rayonlarının Qaz İstismar Sahələrinin, yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına texniki qulluq xidməti rəhbərlərinin, texniki təhlükəsizlik mühəndislərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Toplantı yeni yaşayış massivlərindəki qaz xətlərinə, mənzildaxili qaz təsərrüfatına texniki baxış və profilaktik qulluq məsələlərinə həsr olunub. Birliyin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssisləri ilə müşavirə iştirakçıları arasında fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərlə bağlı tövsiyələr verilib. Həmçinin İstehsalat Birliyinin əməkdaşlarına yaşayış məntəqələrində mənzildaxili qaz təsərrüfatına texniki qulluq zamanı ilk növbədə abonentlərin təhlükəsizliyinin təmin olunması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR