Bank Of Baku

Azərbaycan yanvar-mart aylarında polad tökmə və armatur istehsalını artırıb

Azərbaycan yanvar-mart aylarında polad tökmə və armatur istehsalını artırıb
# 21 aprel 2010 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 38,5 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın həcmi hazır metal məmulatlarının istehsalı sahəsində 2,9% artıb, metallurgiya sənayesində isə ötən ilin səviyyəsində qalıb.

Yanvar-mart ayları ərzində bu sahədə 24,7 min ton və ya 82,7% çox polad tökmə, 25,1 min ton və ya 31,6% çox armatur, 83,3 ton və ya 74,6% çox məftil istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR