Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi martda 88%-ə çatıb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi martda 88%-ə çatıb
# 21 aprel 2010 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin mart ayında «Azərenerji» ASC-nin xidmət göstərdiyi şəbəkələr üzrə 575 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 88%-ə yaxın olub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 6%-ə yaxın olub. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak 236,9 mln. kVt/saatdan artıq, ödəniş isə 72% olub. Əhali abonent qrupu üzrə ödəniş səviyyəsi 10%-dən çox artıb.

Mart ayında ümumi ödəniş üzrə ən yüksək göstərici Balakən Paylayıcı Elektrik Şəbəkəsində (PEŞ) (ötən ayların debitor borcu nəzərə alınmaqla 108,1%), ən aşağı isə Sabirabad PEŞ-də (45,6%) qeydə alınıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə ödənişdə isə ən yüksək göstərici Şirvan Şəhər Elektrik Şəbəkəsində (ötən ayların debitor borcu nəzərə alınmaqla 104,5%), ən aşağı göstərici isə Sabirabad PEŞ-də (38,3%) olub.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ümumilikdə 1,7 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib və ümumi ödəniş 92%-ə yaxın olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə 16%-dən çox artım olub. Cari ilin I rübünün yekununda ümumi ödənişə görə ən yüksək göstərici Sumqayıt ŞEŞ-də, ən aşağı isə Sabirabad PEŞ-də qeydə alınıb. Belə ki, bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq (ötən ayların debitor borcu nəzərə alınmaqla) 197,5% və 44,3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR