Bank Of Baku

Bu il “Günəşli” yatağında üç quyu qazılıb

Bu il “Günəşli” yatağında üç quyu qazılıb
# 21 aprel 2010 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “SOCAR-AQŞ” müəssisəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında bu il ərzində üç quyu qazıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Müəssisə 13 saylı platformada dərinliyi 3612 metr olan 313 nömrəli quyunun, dərinliyi 3777 metr olan 311 nömrəli quyunun, 11 saylı platformada isə dərinliyi 3937 metr olan 59 nömrəli quyunun tikinti işlərini cari ilin birinci rübündə başa çatdıraraq neftçilərə təhvil verib.

Qeyd edək ki, quyular “Azneft” İstehsalat Birliyinin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR