Bank Of Baku

Bu il Azərbaycanda cəmi 300 kv. metr xalça istehsal olunub

Bu il Azərbaycanda cəmi 300 kv. metr xalça istehsal olunub
# 22 aprel 2010 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 12,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 2,4 min ton pambıq lifi, 768,1 ton pambıq iplik, 300 kv. metr xalça və xalça məmulatları, 312 min cüt corab məmulatları, 28,4 min ədəd kişi kostyumu və s. məhsullar istehsal edilib.

Bununla yanaşı, 2010-cu il aprelin 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 16,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,9%-i qədər hazır məhsul qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR