Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri martda 0,1% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri martda 0,1% bahalaşıb
# 22 aprel 2010 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,4% artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə qiymətlər 0,4% azalıb. Emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 3,9%, qida məhsullarının istehsalı üzrə 2,2%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,6%, metallurgiya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,5%, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1% bahalaşıb, kağız və karton istehsalı üzrə 21,1%, toxuculuq sənayesi üzrə 11,4%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,2%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 6,3%, mebellərin istehsalı üzrə 2,1%, rezin və plastmas məmulatların istehsalı üzrə 0,4%, içki istehsalı, kimya sənayesi və geyim istehsalı sahələrinin hər biri üzrə qiymətlər 0,3% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR