Bank Of Baku

Şamaxının Pirqulu qəsəbəsinə qaz xətti çəkilir - FOTO

Şamaxının Pirqulu qəsəbəsinə qaz xətti çəkilir - <font color=red>FOTO</font>
# 22 aprel 2010 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramına (2009-2013-cü illər) uyğun olaraq Şamaxı rayonunun Pirqulu qəsəbəsinə qaz xəttinin çəkilişinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, artıq tikinti işlərinə start verilib və hazırda qaz xətti polietilen borular vasitəsi ilə çəkilir. Artıq 15 kilometr uzunluğunda olan qaz kəmərinin 2 kilometrə yaxın hissəsində tikinti işləri başa çatdırılıb. Qaz xəttinin çəkilişinin cari ilin payız-qış mövsümünə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Gələcəkdə Pirqulu qəsəbəsinə yaxın olan digər kəndlər də yeni çəkilən qaz kəməri vasitəsi ilə mavi yanacaqdan istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR