Bank Of Baku

Sabunçu rayonu ərazisində Olimpiya stadionunun tikintisi üçün ayrılmış sahə neft tullantılarından təmizlənir

Sabunçu rayonu ərazisində Olimpiya stadionunun tikintisi üçün ayrılmış sahə neft tullantılarından təmizlənir
# 22 aprel 2010 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın “Ekol Mühəndislik Xidmətləri” QSC “Sabunçu rayonu ərazisində (Böyük Şor sahəsi) Olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft məhsullarından təmizlənməsi və rekultivasiyası” layihəsinə başlayıb. Bu barədə «APA-Economics»ə «Ekol»un mətbuat xidmətindən məlumat verilib.

Layihənin icrası ilə əlaqədar olaraq artıq işlərə start verilib. «Ekol»un Tullantıların emalı departamenti ilkin mərhələdə çirkab suların ərazidən çıxarılmasına başlayıb. Bu məqsədlə ərazidə məhsuldarlığı 150 kubmetr/saat olan Almaniya istehsallı müasir tipli nasoslar quraşdırılıb. Aparılmış ekoloji monitorinq işləri nəticəsində müəyyən edilib ki, ərazidə 588 min kubmetr çirkab su, 250 min kubmetr neft şlamı var.

«Ekol» şirkəti bu il ARDNŞ-nin “Azneft” İB və Sosial İnkişaf İdarəsi ilə imzalanmış müqavilələrə əsasən, Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi), “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi), “Siyəzənneft” NQÇİ-nin (Siyəzən rayonu) mədən ərazilərində bioremediasiya işlərini aparmağı da planlaşdırır. Şirkət ilin əvvəlindən Z.Tağıyev adına NQÇİ-nin və “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində bioremediasiya layihələrinin icrasına başlayıb.

Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» şirkətinin (49%) pay iştirakı ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR