Bank Of Baku

«BP Azerbaijan» şirkəti mədəni irs üzrə təlim kursuna başlayıb

«BP Azerbaijan» şirkəti mədəni irs üzrə təlim kursuna başlayıb
# 22 aprel 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «BP Azerbaijan» şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları ilə mədəni irs üzrə təlim kursuna başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təlim kursu 2008-ci ildən bəri Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri dəhlizi boyunca həyata keçirilən mədəni irs proqramının bacarıqların yaradılması komponentidir.

Təlim məşğələləri Smitsonian İnstitutunun, Arizona Universitetinin və Berlin Milli Muzeyinin alimləri də daxil olmaqla bir qrup beynəlxalq mütəxəssislər tərəfindən keçirilir. Təlim kursunda Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, AMEA Arxeologiya İnstitutunun və Gürcüstan Milli Muzeyinin 43 nəfərə yaxın əməkdaşı iştirak edəcək.

Məşğələlər iki gün davam edəcək və qiymətləndirmə metodologiyalarını, mədəni irs abidələrinin toplanması və qorunub saxlanılması metodlarını əhatə edən bir çox aspektlər üzərində cəmlənəcək.

Təlim kursundan əvvəl BTC/CQBK arxeoloji tədqiqat proqramlarında iştirak etmiş ekspertlərə BTC/CQBK arxeoloji tapıntılarının beynəlxalq təcrübəyə uyğun təhlil işlənməsinə imkanı vermək məqsədilə iki günlük seminar keçirilib. Seminarda mütəxəssislər BTC/CQBK-nın inşası zamanı aşkar edilmiş arxeoloji tapıntıların və ümumiyyətlə Qafqaz regionu arxeologiyasının dünya mədəniyyəti tarixi üçün əhəmiyyətini bir daha vurğulayıblar.

Qeyd edək ki, bu proqramın ümumi dəyəri 1 mln. ABŞ dollarından bir qədər artıqdır və həyata keçirilmə müddəti təxminən üç il təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR