Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində Bavariyanın federal naziri ilə gbrüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində Bavariyanın federal naziri ilə gbrüş keçirilib
# 23 aprel 2010 06:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şirkət rəhbərliyinin təmsilçiləri ilə Almaniyanın Bavariya Federal Torpağının Federasiya və Avropa məsələləri üzrə federal naziri xanım Emilia Müllerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ rəsmiləri Azərbaycanın neft strategiyası, ölkənin neft-qaz sənayesi sahəsində son illər əldə olunan nailiyyətlər, həyata keçirilən regional əhəmiyyətli layihələr və qarşıdakı illər üçün planlaşdırılan məsələlər haqqında almaniyalı qonaqlara heyətinə məlumat veriblər. Azərbaycanda qaz sənayesinin indiki vəziyyəti və inkişaf perspektivlərinə xüsusi maraq göstərən nümayəndə heyəti ilə Azərbaycan təbii qazının Avropaya nəql edilməsi məqsədi daşıyan müxtəlif marşrutlar üzrə nəzərdə tutulan layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək layihələrə mühüm əhəmiyyət verir, bu məsələlərə diqqətlə yanaşılır.

Görüşdə həmçinin, ARDNŞ və Bavariya şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi perspektivlərinə toxunulub, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş fəaliyyət imkanlarının mövcud olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR