Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni quyu qazıb

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni quyu qazıb
# 23 aprel 2010 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən «Neft Daşları» yatağında daha bir quyu qazılıb. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, 1887 nömrəli meydançadan qazılmış 1617 nömrəli quyuda qazma işləri artıq başa çatdırılıb. ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2420 metr dərinlikdən sutkada 40 ton neft hasilatı ilə istismara verilib.

Qeyd edək ki, quyu «Neft Daşları» Neft və Qaz Çıxarma İdarəsinin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR