DEPA prezidenti: İki ildən sonra Azərbaycandan Yunanıstana qaz nəqlinin həcminin əhəmiyyətli dərəcədə artırılmasını gözləyirik
O qeyd edib ki, DEPA və ARDNŞ sıx əməkdaşlıq edir: “Hazırda Azərbaycan qazı Yunanıstana Türkiyə vasitəsilə ixrac olunur. Bu gün ixracın həcmi 700 mln. kubmetr təşkil edir. Ümid edirik ki, Azərbaycanla Türkiyə arasında razılaşma imzalandıqdan sonra DEPA ilə ARDNŞ arasında birbaşa əlaqələrin qurulması mümkün olacaq. Çünki bu gün aldığımız Azərbaycan qazı DEPA və Türkiyənin BOTAŞ şirkəti arasındakı müqavilə əsasında nəql olunur”.
DEPA prezidenti Aərbaycandan əlavə həcmdə qaz idxal etməkdə maraqlı olduqlarını bildirib: “Yunanıstanda baş verən maliyyə böhranı səbəbindən bu il və gələn il idxal olunan qazın həcmi o qədər də çox olmayacaq. Amma iki ildən sonra Yunanıstanla Bolqarıstan arasında yeni interkonnektor hazır olan zaman Azərbaycandan Yunanıstana, Yunanıstandan isə Bolqarıstana qaz nəqlinin həcminin əhəmiyyətli dərəcədə artırılmasını gözləyirik. Hesab edirik ki, Türkiyə ilə Yunanıstan arasındakı mövcud interkonnektor və Yunanıstanla Bolqarıstan arasında iki ildən sonra hazır olacaq interkonnektor Azərbaycana nəinki Yunanıstana, eləcə də Cənub-Şərqi Avropaya qaz ixrac etmək imkanı verəcək”.
H.Saçinis TGİ layihəsini Avropaya qaz nəqli üzrə digər enerji layihələri ilə müqayisədə daha perspektivli saydığını vurğulayıb: “Bir faktı qeyd etmək istərdim ki, TGİ layihəsi üçün yeni qaz yatağının işlənməsini gözləməyə ehtiyac yoxdur. “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq həcm TGİ layihəsi üçün ideal səviyyədə uyğun gəlir”. O, “Şahdəniz-2” layihəsi üzrə ARDNŞ ilə sıx əməkdaşlığa ümid etdiklərini deyərək bildirib ki, TGİ layihəsi Azərbaycan qazını bu yataqdan Apenin yarımadası vasitəsilə İtaliya və Avropaya nəql etməyə imkan verəcək.
APA-nın “DEPA ARDNŞ ilə birbaşa müqaviləni nə vaxt imzalamağı planlaşdırır” sualına cavab olaraq H.Saçinis şirkətlərin bu məsələ ilə bağlı sıx əməkdaşlıq etdiklərini söyləyib: “İmzalanacaq razılaşmanın tipi Azərbaycan və Türkiyə arasındakı danışıqların nəticəsindən asılıdır. Bu, hazırda idxal etdiyimiz qazın həcminə aid ola, eləcə də gələcəkdə qaz idxal etməyimiz üçün qısamüddətli və ya “Şahdəniz-2” layihəsi üzrə uzunmüddətli müqavilə ola bilər”.
Xəbər Lenti
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək