Bank Of Baku

Türkiyə «Nabucco»nun tikintisinə dair sazişin ratifikasiyasını başa çatdırıb

Türkiyə «Nabucco»nun tikintisinə dair sazişin ratifikasiyasını başa çatdırıb
# 04 iyun 2010 22:45 (UTC +04:00)
Bakı-APA. Türkiyə XİN «Nabucco» qaz kəmərinin tikintisi barədə sazişin ratifikasiya prosesinin başa çatdığını bəyan edib.

Martın 4-də Türkiyə parlamenti ötən il iyulun 13-də Ankarada imzalanmış layihəyə dair hökumətlərarası sazişi təsdiqləyib. «İyunun 4-də Rəsmi qəzetdə nazirlər kabinetinin müvafiq sərəncamının dərc edilməsi ilə bizim ölkəmizdə sazişin ratifikasiyası prosesi başa çatıb», deyə Türkiyə XİN-in məlumatında bildirilir.

Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR