Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Bahar» yatağında yeni quyu qazır

Azərbaycan Dövlət Neft Şirkəti «Bahar» yatağında yeni quyu qazır
# 05 iyun 2010 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Qum adası» Dəniz Qazma İşləri İdarəsi «Bahar» yatağındakı 76 nömrəli özüldən 209 nömrəli quyuda qazma işlərini davam etdirir.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Qirməki Altı Lay Dəstəsinə layihələndirilmiş quyunun faktiki dərinliyi 5 250 metrdir. Hazırda quyuda qazma gedişi 5 114 metrə çatdırılıb. Yatağın işlənilməsi proqramına əsasən verilən proqnoza görə, dərin qaz quyularının quruluş və texnologiyası üzrə qazılan bu quyunun gündəlik debiti 30 ton kondensat, 300 min kubmetr qaz həcmində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR